17 C
Baku
18 Oktyabr 2024, 6:37
Digər

Şəhidin anım günü keçirilib-VIDEO+FOTOLAR

Bugun.tv xəbər verir ki, Ucar rayonunda təşkil olunan tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin məzarı ziyarət olunub, üzərinə çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Sonra Ucar rayonun Alpı kəndində onun adına inşa olunan xatirə bulağının açılışı olub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Dövlət himni səsləndirilib.
Natiqlər çıxış edərək, vətən qəhrəmanlarının igidliyindən və şücayətindən danışıblar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Qeyd edək ki, Fərzalı Fərzəliyev 11 avqust 2000-ci il Ucar rayon Alpı kəndində anadan olub.
2018-ci il oktyabr ayında hərbi xidmətə yollanıb.
N saylı hərbi hissədə vəzifəsini yerinə yetirərkən, mənfur düşmənin açdığı atəş nəticəsində şəhid olub.O, doğulduğu Ucar Rayonun Alpı kəndində torpağa tapşırılıb.

Məkanin cənnətdir, Vətən oglu!
Müəllif: Səbinə Mirzəqizi

Bugün TV

Oxşar xəbərlər

Tanınmış aktyorun  doğmaları dağıntılar altında qaldı   

Şükufə Ramizqızı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – ən müasir və inkişaf etmiş elmi-tibbi mərkəz

Kəmalə Sultan

Vitamin çatışmazlığını necə müəyyən edək?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu