9 Dekabr 2022, 20:01
Baş xəbər

Təhlükəsizliymiz əmin əllərdədir

 Bugün.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib.

Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib.

Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.

Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.

Xüsusi təyinatlıların təlimi davam edir.

Oxşar xəbərlər

Azərbaycan kinematoqrafçılar ittifaqı kino günü ənənəvi mükafatının qaliblərini açıqladı

Aynur Camal

Prezident Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında olub

Sabina Uğur

Azərbaycan Aİ-də keçiriləcək toplantıya dəvət ediləcək

Aynur Camal