Bugun.tv xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda nəzarətdən çıxan xidmət mikroavtobusunun aşması nəticəsində 15 nəfər yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda həkim briqadası göndərilib. Yaralılar təcili yardım maşınları ilə Pazarcık Dövlət Xəstəxanasına aparılıb.
TRT Haberin məlumatına görə, qəza ilə bağlı araşdırmalar davam edir.
Müxbir: Şəms Elnurqızı