DünyaHadisə

Tələbələr sianid hovuzuna düşdü: 6 ölü

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki mədəndə çöl səfəri edən 6 universitet tələbəsi sianid tullantıları hovuzuna düşərək həyatını itirib.

Çinin Daxili Monqolustan Muxtar Bölgəsinin Hulunbuir şəhərində “National Gold Group Limited Company”yə bağlı bir mədən şirkəti fəlakətlə üzləşib.

Milli Gold Group Limited Company tərəfindən idarə olunan mis-molibden mədənində tələbələr yoxlama apararkən barmaqlıqlı platforma çöküb.

Çinin Şimal-Şərq Universitetinin 6 tələbəsi platformanın çökməsi və sianid tullantıları hovuzuna düşməsi nəticəsində həlak olub, bir müəllim isə yaralanıb.

Mədəndə istehsal dayandırılıb, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu