25 C
Baku
27 İyul 2024, 6:45
İdman

Tərtərdə “Şuşa ili”nə həsr olunmuş kikboksçular arasında turnir keçirilib-FOTOLAR

15 dekabr 2022-ci il tarixdə Tərtər rayon Olimpiya İdman Kompleksi ilə Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında “Şuşa ili”nə həsr edilmiş yeniyetmə və gənc kikboksçular arasında açıq Tərtər turniri keçirilib.

Bugun.tv xəbər verir ki, Turnirdə Ağdam, Bərdə, Tərtər, Naftalan və Goranboy rayonlarından 8 komanda olmaqla, ümumilikdə 80-ə yaxın idmançı iştirak edib

Yarış başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Gİİ-nin rəis müavini Şəhram Quliyev qonaq idmançıları və məşqçiləri salamlayaraq bildirmişdir ki, düz 270 il əvvəl 1752-ci ildə təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ötən əsrin 70-ci illərindən isə xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi qərarları sayəsində şəhər sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ancaq təəssüflər olsun ki, o keçmiş AXCP dövrünün səriştəsizliyi və hakimiyyət davası Şuşanı 8 may 1992-ci il tarixdə düşmən işğalına məruz qoymuşdur. Ancaq 2020-ci ildə haqq davamız olan 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuz tərəfindən 8 noyabr 2020-ci il tarixdə Şuşa işğaldan azad edildi. Məhz bu tarix mənfur düşmənin kapitulyasiyaya uğraması ilə nəticələndi ki, elə həmin gün də ölkə başçımızın Sərəncamı ilə “Zəfər günü” kimi tarixə düşüb.

Bu il Şuşanın 270 illiyidir. Bu münasibətlə ölkə başçımız 2022-ci ili “Şuşa ili” elan edib. Respublikamızın digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da müxtəlif səpkilərdə tədbirlər təşkil edilir. Məhz bu günki idman tədbirimizin də əsas məqsədi “Şuşa ili”nin rayonda yüksək səviyyədə qeyd edilməsindən, idmana marağın artırılmasından və kikboksinq döyüş növünün kütləviləşdirilməsindən ibarətdir. Ş.Quliyev çıxışının sonunda idmançılara uğurlar diləmiş və yarış açıq elan edilib.

Yekunda qaliblər Tərtər rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər. Komanda hesabı ilə “Qəhrəman Tərtər” kikboksinq klubu l yerin qalibi olub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kaskadyorluq: Bu peşədə təhlükə qaçılmazdır

Nigar Məmmədova

Dünyanın ən titullu fiqurlu konkisürəni Vəliyevaya yazığı gəldi

Aynur Camal

“Antalyasporun” prezidenti istefa verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu