Qəzzada humanitar böhran, fələstinlilərə yardım, UNRWA, Qəzzada sığınacaq problemi, məcburi köçkünlər, Qəzzada su çatışmazlığı, İsrail-Fələstin münaqişəsi, humanitar yardım
Dünya

Təxminən 2 milyon fələstinli təcili sığınacaq yardımına ehtiyac duyur

Qəzza zolağında yaşayan fələstinlilərin böyük əksəriyyəti qış mövsümü ərəfəsində sığınacaq və gündəlik zəruri ləvazimat çatışmazlığı ilə üzləşir. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgədə təxminən 2 milyon insanın təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.

Bugun.Tv xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, UNRWA-nın açıqlamasında Qəzzada yaşayan 1 milyon 980 min fələstinlinin bölgə əhalisinin 94 faizini təşkil etdiyi və onların sığınacaqla yanaşı, ərzaqdan başqa zəruri ehtiyac vasitələrinə də ehtiyac duyduğu bildirilib.

Qurumun qiymətləndirməsinə əsasən, əhalinin 58 faizi sığınacaqla təminat baxımından kritik və ya fəlakətli vəziyyətdədir. Məcburi köçkünlərin yerləşdiyi 113 məntəqədə aparılan yoxlamalar zamanı 18 təhlükəli sığınacaq mərkəzi müəyyən edilib. Onlardan dördünün çökmə riski çox yüksək, altısının yüksək, səkkizinin isə orta səviyyədə qiymətləndirilib.

Su və gigiyena çatışmazlığı da dərinləşir

Məlumata görə, Qəzza əhalisinin 84 faizi təmiz və təhlükəsiz suya müntəzəm çıxış əldə edə bilmir. Ailələrin 89 faizi isə əsas gigiyena vasitələri ilə kifayət qədər təmin olunmur.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1 602 nəfər həlak olub, 5 794 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri ölənlərin ümumi sayı 70 mini, yaralıların sayı isə 170 mini ötüb.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu