25 C
Baku
27 İyul 2024, 4:52
Dünya

Təyyarənin mühərriki alov aldı!

Boeing təyyarəsinin mühərriki alov aldı!

Həcc ziyarətinə çıxanlar fəlakətin astanasından xilas oldular.

Daha bir “Boeing” sərnişin təyyarəsi sıradan çıxıb. Uçuş zamanı mühərriki alovlanan təyyarə geri dönməli olub. Həcc ziyarətinə çıxan sərnişinlər fəlakətin astanasından qayıdıblar.

Son zamanlar qalmaqalları ilə gündəmə gələn “Boeing” təyyarələrindən biri az qala yenidən fəlakətə səbəb olacaq. 450 sərnişini olan Garuda Indonesia Hava Yollarına məxsus təyyarə Mədinəyə uçmaq ərəfəsində İndoneziyanın Makassar şəhərində məcburi eniş edib.

Boeing 747-400 sərnişin təyyarəsinin qəfil yerə enməsinə səbəb mühərrikin alışması olub. Boeing təyyarəsinin havaya qalxması zamanı mühərriki alovlananda o, geri dönməli olub.

Garuda Indonesia Hava Yollarının prezidenti İrfan Setiaputra deyib.

“Kapitan mühərriklərdən birinin yandığını görüb və dərhal təcili eniş icazəsi verilməsi qərara alınıb. Araşdırmalar davam edir”.

Təyyarədə xəsarət alan olmadığı bildirilsə də, qəzadan əziyyət çəkən sərnişinlərə hava yolu şirkəti tərəfindən yerləşdirmə dəstəyi göstərilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Dinləmə qalmaqalına BMT-dən reaksiya

Aynur Camal

Meşə yanğınından 1200 nəfər təxliyə edilib

Kəmalə Sultan

ABŞ-da universitetin buraxılış mərasimi yaxınlığında silahlı hücum olub!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu