27 C
Baku
27 İyul 2024, 3:43
Baş xəbərDünya

Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb

Tacikistan mart ayında Türkiyənin qəbul etdiyi qərara qarşı Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Bugun.tv xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyi adi pasportlara malik Türkiyə vətəndaşları üçün qarşılıqlılıq prinsipi əsasında vizasız rejimi ləğv edib. Bu qərarla Tacikistana getmək istəyən Türkiyə pasportlu vətəndaşlar əvvəlcədən viza almalı olacaqlar.

Euronews-un məlumatına görə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Tacikistan hökumətinin 28 mart 2024-cü il tarixli 190 saylı qərarına əsasən, adi xarici pasport sahiblərinə viza rejimi tətbiq ediləcək. Türkiyə 20 Aprel 2024 tarixindən etibarən qarşılıqlılıq prinsipinə söykənir.” deyilir.

Türkiyə vətəndaşları viza üçün Tacikistan Respublikasının xaricdəki səfirlik və konsulluqlarına müraciət etməli olacaqlar.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Aynur Camal

Stresi su ilə “yuyun”

Aynur Camal

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu