24 C
Baku
11 Sentyabr 2025, 4:16
Digər

Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib

Tailand hərbçiləri Andaman dənizindəki “Bu-Bu” adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

Bugun.tv xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Məlumata görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Marsda yaşam gerçəkləşə bilərmi? – ARAŞDIRMA

Bugün TV

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu”

Şükufə Ramizqızı

Narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir – Yazgül Abdiyeva

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu