Baş xəbərDünya

Britaniya Qayana sahillərinə hərbi gəmi göndərəcək

Britaniyaya məxsus döyüş gəmisi Qayana sahillərinə doğru üzəcək.

Bugun.tv xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Məlumatın görə, “Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.

Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində işləyir. Heyəti 65 nəfərdən ibarət gəmiyə helikopter də yerləşə bilər.

Bugün TV

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu