Bugun.tv xəbər verir ki, son zamanlar taksi qiymətlərinin bahalaşması bəzi sakinlərin narazılığına, digərlərinin isə razılığına səbəb olub. Biz də bugün.tv olaraq bu barədə sərnişinlərin fikirlərini öyrəndik. Taksi fəaliyyətindən razı olub-olmamasını soruşduqda, təxminən əhalinin 35 %-nin narazılıq fikirlərini aldıq. Əksər sakinlər yay aylarında kondisionerin taksilərdə olmamasından və natəmizliklərindən danışıb. Hansı taksi xidmətindən istifadə etdiklərini soruşduqda isə qiymətlər qalxdığı üçün daha sifariş yox, kənar taksilərdən yararlandıqlarını bildiriblər. Sifariş taksilərin əvvəlki yaxın məsafə qiyməti 1 manat idisə, indi 2.50 manat olduğunu bildirərək, kənar taksilərdən istifadə edirik, deyə sakinlərin bəziləri vurğulayıb. Digər sərnişinlərin 65% isə taksilərin hal hazırkı fəaliyyətindən razı olduqlarını, hətta avtomobilin kondisanerini, yanacağını və digər xərclərini nəzərə alaraq qiymətlərin qalxmasının normal olmasını bildiriblər.
Müxbir: İntizar Əmirova
