31 C
Baku
12 İyul 2024, 22:47
Baş xəbərSosial Media

Tanınmış aparıcı Media Tədris Mərkəzinin tələbələrinə təlim keçdi

Bugun.tv xəbər verir ki, tanınmış jurnalist, Azərbaycan televiziyasının aparıcısı Mümtaz Xəlilzadə Media Tədris Mərkəzində diksiya, düzgün nitq mövzusunda təlim keçib. O, çalışdığı illər ərzində qazandığı təcrübəsini tələbələrlə bölüşüb. Təlim 2 saat davam edib.

Media Tədris Mərkəzində təlim
Media Tədris Mərkəzi

M.Xəlilzadə gələcəyin jurnalistlərinə aparıcılığın sirlərini də öyrədib. Səlis danışıq və tələffüzlə yanaşı, tələbələrə düzgün nəfəs alma, düzgün oturuş və duruş qaydalarından danışıb. Efir aparıcısının jest və mimikalarla necə işləməli olduğunu izah edib.

media tədris mərkəzi
Təlimçi Mümtaz Xəlilzadə

“Diktor, aparıcı ilk növbədə bədən dilini bilməlidir. Özünü kiməsə bənzətməmlidir. Əksinə, özünəməxsus jestikası olmalıdır. Bu gün tamaşaçını aldatmaq mümkün deyil. Ona görə də hansısa aparıcını təkrarlayan, onun jestlərindən istifadə edənlər qəbul olunmur. Diktor və ya aparıcı peşəsi düşünüldüyü və göründüyü kimi asan peşə deyil. Yaxşı aparıcı olmaq üçün öncə yaxşı jurnalist olmaq lazımdır. Bununla yanaşı, bu sahədə çalışmaq istəyən şəxs ilk növbədə özü olmalı, səmimi obraz yaratmağı bacarmalıdır. Bu zaman tamaşaçılar da sənə etibar edib, güvənəcəkdir”, – deyə, o, vurğulayıb.

Diksiya təlimi

Təlimdə Mümtaz Xəlilzadə MediaTədris Mərkəzinin tələbələrinin oxuduqları xəbər blokları əsasında onların diksiyalarını dinləyib. Tövsiyələr verib.
Tanınmış aparıcı daha sonra gələcəyin jurnalistlərinin suallarını cavablandırıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Xalq artisti Ramiz Novruz vəfat etdi  

Şükufə Ramizqızı

Trampın məhkəməsi 2024-cü il martın 4-də başlayacaq

Teymur Əziz

Google erası sona çatır, ChatGPT-a maraq artır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu