24 C
Baku
25 Sentyabr 2026, 19:41
Digər

Tanınmış prodüserin qızı da məzun oldu – FOTOLAR

Tanınmış prodüser Minarə Əsgərovanın qızı məzun olub. Bu barədə o, şəxsi sosial media hesabında paylaşım edib:

“1 nömrəli tam orta məktəbin direktoru, sevimli Elida xanım! Bizə göstərdiyiniz sevgi və diqqət üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Gözəl qızım, yolun açıq olsun, sənə uğurlarla dolu bir həyat arzu edirəm. İnşallah, tələbə adını qazanarsan. Ananın gülü, nəfəsi… nə tez 11 il keçdi. Məzunluq bayramın mübarək olsun!

Hər əməliyyata girəndə o qədər dua edirdim ki, bu günü görüm. Şükürlər olsun, bu günə də çatdıq.”

Biz də Bugun.tv olaraq Minarə Əsgərovanı kollektivimiz adından təbrik edir, övladına gələcək həyatında uğurlar arzulayırıq.

Qeyd edək ki , Minarə Əsgərova 20 ildən çoxdur ki, televiziya sahəsində, prodüsser vəzifəsində çalışır. Ağır xəstəlikdən əziyyət çəkən tanınmış prodüser “Soy” prodakşın, “Lider” və “Space” TV-də çalışıb. Hal- hazırda İctimai televiziyanın əməkdaşı olan Minarə xanıma Allahdan şəfalar diləyirik.

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu