“Tanışlıqla, qohumluqla işə düzəlməyə son qoyulmalıdır. Misal üçün, bir Azərbaycan gənci xaricdə oxuyur, gəlir bura. Bəzən iş tapmaqda çətinlik çəkir. Bəzən dövlət qurumları onu işə götürmür”.
Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov facebook hesabındakı paylaşımında bildirib. Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər ölkədə iş tapa bilmirlər.
“Amma həmin gəncə xaricdən təklif var. Mən gənclər tanıyıram ki, onlar xaricdə oxuyublar, orada onlara iş təklif olub. Onlar isə vətənpərvər olduqlarına görə qayıdıb Azərbaycana gəliblər. Həmin gənclər bir müddət Azərbaycanda qalandan sonra onlara kifayət qədər diqqət yetirilmədiyini, işə düzələ bilmədiklərini gördükdə onlar haqlı olaraq qayıdıb həmin ölkələrdə öz fəaliyyətlərini davam etdirirlər”, – deyə Ceyhun Məmmədov əlavə edib.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri