Dünya

Tank fabrikini gəzən Şimali Koreya lideri Kim çağırış etdi

Şimali Koreya lideri Kim Çen In tank zavoduna baş çəkib və gələcək istehsal üçün göstərişlər verərkən rəsmilərdən ən müasir tankların istehsal mərhələləri haqqında ətraflı məlumat alıb.

Beynəlxalq sanksiyalara baxmayaraq, Şimali Koreya müdafiə sənayesinə sərmayə qoymağa həmçinin də, ən müasir silah və sursat istehsalında durmadan irəliləməyə davam edir. Ölkə administrasiyasından verilən açıqlamalara görə, lider Kim Çen In tank zavoduna baş çəkib və rəsmilərdən istehsal və modernləşdirmə prosesləri barədə məlumat alıb.

Tanklarda istifadə edilən yüksək itkili mühərrik dizaynının performansını və kütləvi istehsala uyğunluğunu yüksək qiymətləndirən Kim, “Keçən əsrin zirehli texnika texnologiyalarının bugünkü müasir texnologiyalarla əvəzlənməsi ordumuzun modernləşdirilməsi istiqamətində atılan kritik addımdır” deyib.

O, MÜASİR MÜHARİBƏNİ Vurğulayaraq, DAHA ÇOX VƏ SÜRƏTLİ İSTEHSAL İSTƏDİ

Yeni tankların müxtəlif elektron döyüş sistemləri ilə təchiz edilməsinin Şimali Koreyanın istehsal texnologiyaları sahəsində irəliləyişini nümayiş etdirdiyini bildirən Kim, “Dəyişən şərtlərlə yanaşı, müasir döyüşlərdə tankların rolunu düzgün təyin etmədikcə, zirehli qüvvələrimizi uğurla qurmaq mümkün olmayacaq” deyə qeyd edib.

Bununla bağlı Kim Çen In daha müasir tankların və özüyeriyən artilleriya sistemlərinin istehsalının sürətləndirilməsi ilə bağlı göstərişlər verib.

Mənbə: EnSonHaber 

Aynur Camal

Oxşar xəbərlər

İsrailin baş naziri Netanyahu ilə ana müxalifət lideri Lapid toqquşdu!

Aynur Camal

Qida əlavələri qəbul edən 500 nəfər xəstəxanaya yerləşdirildi

Aynur Camal

Fəlakətin qarşısı son anda alındı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu