Image default
Dünya

Tarixi Ankara Zirvəsinin ilk günü dünya mətbuatında necə əks-səda doğurdu?

Dünya mediası Ərdoğan-Tramp görüşünü geniş işıqlandırdı

Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş dünya mediasının əsas gündəm mövzularından biri olub.

ABŞ-ın Fox News telekanalı Ərdoğanın Trampı səmimi qarşılamasını ön plana çıxararaq iki lider arasındakı münasibətlərin NATO-nun bir çox digər liderləri ilə müqayisədə daha yaxın olduğunu qeyd edib.

CBS News Ankarada keçirilən zirvəni Türkiyə üçün mühüm diplomatik uğur kimi qiymətləndirib. Kanal Trampın “Zirvə Türkiyədə keçirilməsəydi, iştirak etməzdim” və “Ərdoğan möhtəşəm liderdir” fikirlərini xüsusi vurğulayıb.

CNN International isə görüşün əsas diqqət mərkəzinin müdafiə sənayesi olduğunu yazıb. Kanal Trampın Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyini və S-400 səbəbindən tətbiq olunan sanksiyaların ləğvinin mümkünlüyünə dair mesajlarını ön plana çıxarıb.

NBC News Trampın NATO-ya yönəlik tənqidi mövqeyini davam etdirdiyini qeyd edib. BBC isə ABŞ prezidentinin zirvədə iştirak etməsinin əsas səbəblərindən birinin Ərdoğanla münasibətləri olduğunu yazıb.

Almaniyanın Welt telekanalı görüşü canlı yayımlayaraq Ərdoğanın Ukrayna və Rusiya ilə dialoq kanallarını açıq saxlayan mühüm vasitəçi rolunu vurğulayıb.

Al Jazeera Trampın Türkiyənin Yaxın Şərqdə, xüsusilə İranla bağlı proseslərdə mühüm rol oynadığına dair fikirlərini ön plana çıxarıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu