25 C
Baku
27 İyul 2024, 4:01
Dünya

Tarixin yanlış tərəfində olan bir firon…

Keçmiş prezident Obama dövründə ABŞ-da xidmət etmiş 250-dən çox məmur Qəzza ilə bağlı hazırkı prezident Baydenə məktub yazıb. Məktubda “ABŞ-ın indi tarixin yanlış tərəfində təkbaşına dayanan bir firon olduğu” ifadə edilərək, Qəzzada atəşkəs üçün təcili addım atılması və İsrailə dəstəyin dayandırılması istənilib.

7 oktyabr 2023-cü ildən Qəzzada misli görünməmiş qırğınlarla fələstinlilərə qarşı soyqırım törədən İsrailə ABŞ-ın qeyd-şərtsiz dəstəyinə reaksiyalar artmaqdadır. Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar administrasiyasına xəbərdarlıq keçmiş prezident Barak Obamanın administrasiyası dövründə xidmət etmiş məmurlardan gəlib.

Bürokratlar və siyasətçilər də daxil olmaqla 250-dən çox yüksək vəzifəli şəxs Bayden administrasiyasına məktub yazaraq onları Qəzzada dərhal atəşkəs üçün təcili tədbirlər görməyə çağırıb. Məktubda deyilir: “Siz İsrailin Qəzzada apardığı müharibəni soyqırım kimi qiymətləndirən və daimi atəşkəsə çağıran demokratik seçicilərin artan əksəriyyətinə məhəl qoymursunuz.

“ABŞ indi tarixin yanlış tərəfində tək duran bir firondur”.

Keçmiş rəsmilər ABŞ-ın İsrailə qeyd-şərtsiz silah dəstəyini davam etdirməsinin çox üzücü olduğunu da vurğulayıblar.

İsrailə edilən yardımların dayandırılması və beynəlxalq hüquqa uyğunluğun axtarılması lazım olduğu vurğulanan məktubda Baydenə seçki xəbərdarlığı da edilib.

Bildirilib ki, Bayden administrasiyası bu cür davam edərsə, noyabrın 5-də keçiriləcək seçkidə məğlub ola bilər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrailin soyqırımı ilə bağlı ABŞ-dan Türkiyəyə açıqlama: Bu, əlaqələrimizə xələl gətirməyəcək

Aynur Camal

Dmitri Peskov: “Çoxdandır ki, Makrondan ABŞ-a qarşı sərt tənqidlər eşitmirdik”

Nigar Məmmədova

Sudanda atəşkəsin başa çatması ilə toqquşmalar şiddətlənib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu