Dünya

Teslanın “robotaksi” xidməti iyunun 22-də başlaya bilər

Tesla və SpaceX-in sahibi, amerikalı milyarder İlon Mask iyunun 22-də sürücüsüz “robotaksi” xidmətini “şərti olaraq” işə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Musk X hesabından verdiyi açıqlamada sürücüsüz taksi xidməti təqdim edən “robotaksi” layihəsini 22 iyunda Texas ştatının Ostin şəhərində işə salmağı hədəflədiklərini bildirib.

Xidməti “müvəqqəti” olaraq xarakterizə edən Musk qeyd edib ki, Teslanın “təhlükəsizliklə bağlı həddindən artıq paranoyası” səbəbindən tarixi dəyişə bilər.

ABŞ mətbuatında bildirilirdi ki, investorlar, Wall Street analitikləri və avtomobil həvəskarları sürücüsüz xidmətin istifadəyə verilməsini səbirsizliklə gözləyirlər.

Mask keçən ay CNBC-yə taksilərə ilkin olaraq uzaqdan nəzarət ediləcəyini və ən təhlükəsiz hesab edilən şəhərin müəyyən əraziləri ilə “coğrafi baxımdan məhdudlaşdırılacağını” söylədi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Günəşin tarixdə ən detallı görüntülərini əldə etdilər

Aynur Camal

Rusiya: Ukraynaya silah daşıyan iki yük gəmisi məhv edildi

Aynur Camal

Hiroşimaya atom bombası atılmasından 81 il ötür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu