8 C
Baku
22 Dekabr 2024, 7:19
İqtisadiyyat

Tibb işçilərinin əmək haqları artırılıb

“Əmək haqlarına artım məbləği minimum göstərici 14 faiz maksimum göstərici 150 faizdir”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi”publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyininin ödənilməsi Qaydasında”dəyişikliklər edilib. Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub.

Bugun tv xəbər verir ki, bu barədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva mətbuata açıqlamasında bildirib. Onun sözlərin görə, artım statistika və aptek bölmələrində rəhbər vəzifəsində çalışan həkimlərə, tibb bölmələrinin rəhbərlərinə şamil olunur. Həmçinin ilk dəfə olaraq, tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifəsində çalışan orta tibb işçilərinin də əmək haqlarına 200 manat sabit həvəsləndirici əlavələr edilib. “ Bununla yanaşı, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan b və c virus hepatitlərin müalicəsi profilaktikası, diaqnostika işinin təşkili komissiyasına üzv olan həkimlərin də əmək haqlarına 200 manat artım olub. Tibb müəssisələrində çalışan böyük tibb bacısı, böyük mama və feldşer, böyük laborant və təsərrüfat bacısı və təsərrüfat qardaşı vəzifələrində çalışan orta tibb işçilərinin də əmək haqları artımı 15 faizdən 50 faizə yüksəldilib” deyə Pərvin  Baxşəliyeva bildirib.  

 

Nigar Məmmədova

Oxşar xəbərlər

“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən vəsaitlər kompensasiya ediləcək”

Aynur Camal

Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmir edilib.

Teymur Əziz

Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi mövcud kreditlərə təsir etməyəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu