25 C
Baku
27 İyul 2024, 4:19
Dünya

Ticarət mərkəzində yanğın! Minlərlə dükan kül oldu, 2 min adam işsiz qaldı

Varşavada şübhəli ticarət mərkəzində yanğın! Minlərlə dükan kül oldu, 2 min adam işsiz qaldı.

Polşanın paytaxtı Varşavada “Marywilska 44” adlı ticarət mərkəzində yanğın baş verib. Qısa müddətdə geniş vüsət alan yanğın nəticəsində 1348 mağaza külə dönüb, ölən və xəsarət alan olmayıb. Polşanın paytaxtı Varşavanın Bialoleka rayonunda “Marywilska 44” adlı ticarət mərkəzində yanğın baş verib. Səhər saatlarında başlayan yanğın qısa müddətdə bütün 65 min kvadratmetrlik ticarət mərkəzini əhatə edib.

Yanğının söndürülməsinə 180 yanğınsöndürən və 58 yanğınsöndürən maşını qatılarkən, hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları göndərilib. Yanğınsöndürənlər yanğınla mübarizə apararkən Hökumət Böhran Mərkəzi varşavalılara ərazidən uzaq durmaq, pəncərələri açmamaq barədə xəbərdarlıq edib və çölə çıxacaqları təqdirdə maska ​​taxmağı tövsiyə edib.

Saatlarla davam edən işdən sonra yanğın nəzarət altına alınarkən yanğınsöndürənlərin yanğının söndürülməsi və soyudulması işlərinin davam etdiyi bildirilib.

Yanğında ölən və yaralanan qeydə alınmasa da, ticarət mərkəzindəki 1348 iş yerinin tamamilə külə döndüyü öyrənilib. Təxminən 2 min insanın işsiz qalmasına səbəb olan yanğında milyonlarla dollarlıq maddi ziyanın vurulduğu təxmin edilir.

Yanğının baş vermə səbəbi hələ məlum olmasa da, Yanğınsöndürmə İdarəsinin baş direktoru Mariusz Feltynowski verdiyi açıqlamada yanğının 11 dəqiqə kimi qısa müddətdə bu böyüklükdəki bütün ticarət mərkəzini əhatə etməsinin düşündürücü olduğunu söyləyib.

Varşava polisi yanğının səbəbi ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Britaniyanın xarici işlər naziri Çinə səfərini təxirə saldı

Nigar Məmmədova

Lavrov və Çavuşoğlu Ankarada danışıqlara başladı

Nigar Məmmədova

Qatarların filləri vurmasının qarşısını almaq üçün süni intellektdən istifadə ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu