25 C
Baku
23 İyun 2025, 13:12
Sosial

TİKA-dan azərbaycanlı universitet tələbələrinə “Yaşıl Keçid” təlimi keçirilib -FOTOLAR

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Çanaqqala On Səkkiz Mart Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün “Yaşıl Keçid” mövzusunda təlim keçirilib.

Çanaqqala On Səkkiz Mart Universiteti tərəfindən 26–30 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan yüksək səviyyəli yaşıl keçid təlimində 30 azərbaycanlı tələbə iştirak edir.

Təlimin açılış mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müavini Vazeh Əsgərov, Çanaqqala On Səkkiz Mart Universitetinin müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılışda çıxış edən rektor müavini Əsgərov bildirib ki, təlimlərin keçirildiyi mərtəbə “Azərbaycan–Türkiyə Dostluq Bölməsi” kimi təşkil olunub və hər il Şuşa Bəyannaməsinin ildönümündə universitet olaraq müxtəlif tədbirlər keçirirlər. Əsgərov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən bu cür təlimlərin keçirilməsinə görə TİKA-ya və Türkiyəyə təşəkkür edib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə bildirib: “TİKA, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və gənclərin bu sahələrdə maarifləndirilməsi istiqamətində bir çox ölkədə olduğu kimi, Azərbaycanda da mühüm layihələr həyata keçirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də təhsil aldığı bu universitetdə təşkil etdiyimiz təlim proqramının, ətraf mühitə həssas peşəkarların və vətəndaşların yetişməsinə töhfə verəcəyinə, eyni zamanda ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə inanırıq.”

Çevrimdaxili təlim, yüksək səviyyəli əyani təlim və Türkiyədə staj olmaqla üç mərhələdən ibarət təşkil olunan təlim proqramının ilk mərhələsini – çevrimdaxili təlimi uğurla başa vuran 30 tələbə hazırda yüksək səviyyəli əyani təlimdə iştirak edir. Bu mərhələdə uğur qazanan 5 tələbə yay aylarında staj keçmək üçün Türkiyəyə göndəriləcək.

Mənbə: Busaat.Az

Aynur Camal

Oxşar xəbərlər

Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu müvəqqəti dayandırılır

Aynur Camal

Üç gün qeyri-iş günü olacaq

Aynur Camal

Mina hadisəsi baş verib, bir nəfər öldü  

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu