Səhiyyə

Tomsk alimləri sümüklərin bərpası üçün bioelektrik implant hazırladı

Bugun.tv xəbər verir ki, Rusiyanın Tomsk şəhərində fəaliyyət göstərən alimlər mürəkkəb sümük zədələrinin bərpasını sürətləndirə bilən innovativ 3D bioelektrik implant hazırlayıblar. Yeni implant canlı sümük toxumasının təbii bioelektrik siqnallarını təqlid edərək regenerasiya prosesini stimullaşdırır.

Tədqiqatçılar bildirirlər ki, sınıq və ya əməliyyatdan sonra sümüyün tam bərpası üçün zədələnmiş nahiyədə yeni qan damarları və sinir şəbəkəsinin formalaşması vacibdir. Əks halda sağalma prosesi daha yavaş gedir və nəticə zəif olur.

Yeni implant biouyğun hidrogeldən hazırlanıb və daxilində maqnitoelektrik nanohissəciklər yerləşdirilib. O, 3D printer vasitəsilə çap edilir və zəif dəyişən maqnit sahəsinin təsiri altında zədələnmiş nahiyədə birbaşa zəif elektrik siqnalları yaradır. Bu siqnallar kök hüceyrələrinin sümük hüceyrələrinə çevrilməsini və sinir hüceyrələrinin yetişməsini sürətləndirir.

Laboratoriya siçanları üzərində aparılan sınaqlar göstərib ki, implant yerləşdirildikdən cəmi iki həftə sonra yeni sümük toxuması və sinir liflərinin formalaşmasının ilkin əlamətləri müşahidə olunub. Maqnitoelektrik stimullaşdırma sinir və qan damarlarının yaranmasını təxminən üç dəfə sürətləndirib.

Alimlər hesab edirlər ki, gələcəkdə bu texnologiya təkcə sümüklərin deyil, digər mürəkkəb toxumaların bərpasında da istifadə oluna bilər.

Mənbə: Science Mail

Aynur Camal

Oxşar xəbərlər

Arıqlama dərmanlarının ciddi göz xəstəliyi yarada biləcəyi barədə xəbərdarlıq edildi

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Bu şəxslər qovun yeməməlidir

Aynur Camal

Həkim: Dişlərin vaxtından əvvəl itirilməsi ömrün uzunluğuna təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu