Image default
Digər

Tornado insan tələfatına səbəb oldu: Ərazi müharibə zonasına çevrildi

Val d’Oise bölgəsində baş verən tornado insan tələfatına və maddi ziyana səbəb olub. Bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Tornadodan sonra bölgə tanınmaz hala düşüb…

Fransanın Paris şəhərinin şimalında yerləşən Val d’Oise bölgəsində güclü tornado baş verib.

Tornado bir neçə binanın damını qoparıb, Ermont kommunasında tikinti sahəsində üç kran ardıcıl olaraq aşıb.

Kranlardan biri klinikanın, digəri yaşayış binasının üzərinə düşüb və əraziyə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri göndərilib.

Val d’Oise bölgə prokuroru Girek Le Bras qasırğa nəticəsində 23 yaşlı inşaat işçisinin öldüyünü, 10 nəfərin isə yaralandığını açıqlayıb.

Fransanın daxili işlər naziri Laurent Nuñez şiddətli fırtınayı “qəfil və qeyri-adi bir intensivlik” olaraq xarakterizə edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu