25 C
Baku
27 İyul 2024, 4:44
Sosial

Tovuz hadiasələri və Milli Qəhrəman İlqar Mirzəyev anıldı – FOTOLAR + VİDEO

Bugun.tv xəbər verir ki, Xətai rayonunda 14 iyun Tovuz hadisələrinə və Azərbaycan Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin 50 illik yubileyinə həsr olunmuş “Böyük Zəfərə gedən yolun başlanğıcı” adlı xatirə tədbiri təşkil olunub.

Tədbirdə Heydər Əliyev adına Hərbi Akademiyanın orkestri, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və digər müğənnilər, media nümayəndələri, dövlət xadimləri, hərbiçilər, şəhid ailələri və vətəndaşlar iştirak ediblər. Xətai rayon 98 nömrəli tam orta məktəbin şagirdlərinin “Böyük qəhrəmanın arzusu” adlı əbədi-bədii kompazisiyası nümayiş olunub. Tədbir daha sonra maraqlı rəqs nömrələri və muğam ifaları ilə davam etdirilib.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbirlə bağlı Bugun.tv-yə müsahibə verib. “14 iyul Tovuz hadisələri kimi Azərbaycan tarixinə düşmüş hadisədir. Təəssüflər olsun ki, erməni təxribatının qarşısı alınan zaman 12 nəfər şəhidimiz oldu. General Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərləri də şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələr ölkəmizin tarixində yeni bir səhifə yazdı. 44 günlük müharibə ilə böyük zəfərin ilk başlanğıcı oldu. Təxminən 2 ay sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni təxribatının qarşısını almaq məqsədi ilə 44 günlük müharibə başladı. 2016-cı ilin Aprel döyüşlərində ordumuz rəşadətli ordu adını almışdı və biz dünyaya mesaj göndərmişdik ki, artıq Azərbaycanın ordusu var. Çox təəsüflər olsun ki, bunu görməzdən və eşməzdən gəldilər və biz 44 günlük müharibə ilə torpaqlarımızı işğaldan azad etdik. Dünyada, beynəlxalq aləmdə erməni mifinə son qoyduq. Ədaləti bərpa etməklə əsil həqiqəti dünyaya çatdıra bildik”.

P.İmanovun sözlərinə görə, bu günki gündə işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri dünyanı təəcübləndirir. “Biz Cocuq Mərcanlıya 54 günə yeni bir qəsəbə saldıq və bildirdik ki, bizim iqtisadi pontensialımız da var. Azərbaycanın milli qəhrəmanı Tovuz hadisələrində şəhid olmuş polkovnik İlqar Mirzəyevin adı da digər şəhidlərimiz kimi Azərbaycan xalqının qəlbindədir. Bu gün də onların xatirəsinə Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı, Mədəniyyət Naziri “Səlnamə” studiası və Milli Kino Biriyi ilə birgə biz belə bir tədbir təşkil etdik. Bu bizim zəfərimizin, bizi qələbəyə aparan yolun başlanğıcıdır. Ona görə də, düşünürük ki, bu Azərbaycanın böyük bir təntənəsinin başlanğıcıdır və biz qərara aldıq ki, bu günü bu formada insanlarımızla qeyd edək”, – P.İmanov bildirib.

Müxbir:Qaytən Qasımzadə, Operator: Samir Əliyev

Bugün TV

Oxşar xəbərlər

İkinci Dünya müharibəsində iştirak edənlərə maddi yardım ayrıldı

Aynur Camal

Əməkdar jurnalist tələbələrə təlim keçib

Bugün TV

Komada olan qazi vəfat etdi

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu