10 C
Baku
6 Dekabr 2023, 1:40
Baş xəbərHadisə

Toyda havaya açılan atəş nəticəsində bir nəfər başından yaralandı

Bugun.tv xəbər verir ki, Konyanın Kadınhanı rayonunda toyda havaya açılan atəş nəticəsində bir nəfər başından vurularaq ağır yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və 112 Təcili Tibbi Yardım qrupları göndərilib. Ağır yaralanan şəxs təcili yardımla Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

TRT Haberin məlumatına görə, toy bitərkən polis hadisə ilə bağlı araşdırmalara başlayıb və iki nəfəri saxlayıb.

Müxbir: Şəms Elnurqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu