Dünya

Tramp: 3 noyabrda keçiriləcək Konqres seçkilərinə qədər İrana hücum olmayacaq

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə səmərəli danışıqlar apardıqlarını açıqlayıb.

Trampın sözlərinə görə, tərəflər arasında davam edən danışıqların necə nəticələnəcəyi hələlik məlum deyil. ABŞ Prezidenti eyni zamanda İrana qarşı yeni hücumlarla bağlı açıqlama verib.

Trampdan hücumlarla bağlı açıqlama

Donald Tramp ABŞ-da noyabrın 3-də keçiriləcək konqres seçkilərinə qədər İrana qarşı yeni hücum olmayacağını bildirib.

“Amerika Birləşmiş Ştatlarında 3 noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl heç bir şəkildə İrana qarşı hücum həyata keçirməyəcəyik”, – Tramp deyib.

ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini də bir daha vurğulayıb.

“İran çox pis vəziyyətdədir”

Tramp İranın həm iqtisadi, həm də hərbi baxımdan çox çətin vəziyyətdə olduğunu iddia edib. O, İrana qarşı tətbiq olunan blokadanın davam etdiyini bildirib.

ABŞ Prezidenti həmçinin ötən gecə Hörmüz boğazından rekord həcmdə – 22 milyon barel neft keçdiyini, bu neftin heç bir barelinin İrandan çıxmadığını və İrana getmədiyini qeyd edib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran: Uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik

Aynur Camal

Qəzzaya hücumların üçüncü ilində dünyanın müxtəlif ölkələrində etiraz aksiyaları keçirilir

Aynur Camal

Hava limanlarında pasportsuz elektron keçid sistemi tətbiq olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu