Baş xəbərDünya

Tramp ABŞ-da seçki saxtakarlığı ilə mübarizə üçün fərman imzalayacağını bildirdi

Bugun.tv xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında məlumat verib. “Hər seçkidə seçici vəsiqələri olmalıdır. İstisna yoxdur! Bununla bağlı fərman imzalayacağam! Ağır xəstələr və ya uzaq məsafədə olan hərbi qulluqçular istisna olmaqla, poçtla səsvermə yoxdur. Yalnız kağız bülletenlər”, – deyə Tramp qeyd edib. Vaşinqton administrasiyasının rəhbəri ABŞ seçki sistemində islahatlar aparmaq və poçt vasitəsilə səsvermədən imtina etmək niyyətində olduğunu bildirib. O, bu metodun saxtakarlığa qarşı həssas olduğunu dəfələrlə vurğulayıb. Tramp ABŞ-ın bir sıra ştatlarında müxtəlif səviyyələrdə keçirilən seçkilərdə seçicilərin seçki məntəqələrində praktiki olaraq sənədlərinin yoxlanılmamasına diqqət çəkib.

Bugün TV

Oxşar xəbərlər

“Rusiya Ukraynaya hücumda Şimali Koreya raketlərindən istifadə edib”

Aynur Camal

ABŞ-İran gərginliyi nefti qaldırdı, birjaları vurdu

Aynur Camal

ABŞ insan haqları qrupları Trampı BMM-ə qarşı təzyiqə görə məhkəməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu