Image default
DünyaSiyasət

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya ayrılmış əlavə 400 milyon dollarlıq hərbi yardım paketinin maliyyələşdirilməsini dayandırdığı bildirilir.

Bu barədə İllinoys ştatından demokrat senator Dik Dörbin Senatın Büdcə Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib. Onun sözlərinə görə, Konqres 2026-cı il üçün Ukraynaya əlavə hərbi yardımın, o cümlədən hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsini təsdiqləmiş və qanun layihəsi Donald Tramp tərəfindən imzalanmışdı.

Dörbin ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyndən Ağ evin bu vəsaitin növbəti prezident hakimiyyətə gələnədək əlçatan olmayacağı barədə Senata göndərdiyi bildirişdən xəbərdar olub-olmadığını soruşub.

General Den Keyn belə bir qərardan məlumatlı olmadığını bildirib. O qeyd edib ki, onun bildiyi qədərilə həmin vəsait artıq təsdiqlənərək ayrılıb.

Senator isə cavabında bildirib ki, ödəniş planına əsasən, bu vəsaitin xərclənməsinə yalnız 2029-cu maliyyə ilində başlanılması nəzərdə tutulur və bu barədə qərarı artıq ABŞ-ın növbəti prezidenti verəcək.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası ötən ilin sentyabrında Pentaqonun Ukraynanın təhlükəsizliyinə dəstək proqramı çərçivəsində 400 milyon dollar ayrılmasını təsdiqləmişdi. Vəsaitin mövcud silah ehtiyatlarından deyil, birbaşa silah istehsalçıları ilə bağlanacaq müqavilələr vasitəsilə istifadə olunması planlaşdırılır.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etdi

Aynur Camal

WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə 30 illik nüvə sazişini təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu