DünyaSiyasət

Tramp İrana xəbərdarlıq etdi: “Razılaşma olmazsa daha sərt zərbələr olacaq”

Bugun.tv-xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma üzrə gərgin mesaj verib.

O bildirib ki, Tehran Vaşinqtonla yaxın vaxtlarda saziş imzalamasa, ABŞ daha güclü hərbi cavab verə bilər.

Tramp bu barədə sosial media platformasında paylaşım edərək qeyd edib ki, ABŞ artıq əvvəlki addımlarda olduğu kimi, lazım gələrsə yenidən sərt zərbələr endirə bilər.

Onun sözlərinə görə, İranın razılaşmadan yayınması halında “daha sərt və daha şiddətli” tədbirlər gündəmə gələ bilər.

ABŞ prezidentinin bu açıqlaması Vaşinqton–Tehran xəttində gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir. Rəsmi Tehran tərəfindən isə hələlik bu bəyanata cavab verilməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bitkilər temperatur dəyişikliklərini necə hiss edirlər?

Aynur Camal

Çin yeni GJ-11 döyüş pilotsuz təyyarəsinin görüntülərini yayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu