Dünya

Tramp: İranın zənginləşdirilmiş uranını götürmək yox, məhv etmək istəyirik

raket sistemləri

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı açıqlama verib.

Tramp bildirib ki, Vaşinqtonun məqsədi İranın zənginləşdirilmiş uranını ABŞ-a daşımaq deyil, həmin materialları tamamilə utilizasiya etmək və ya məhv etməkdir.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton 2025-ci ildə bombardman edilən İranın üç nüvə obyektindəki vəziyyəti yaxından izləyir. O qeyd edib ki, peyk müşahidə sistemləri vasitəsilə həmin ərazilərdə baş verən bütün proseslər nəzarətdə saxlanılır.

“Biz ora gedən hər kəsi izləyirik. Tələsmirik, amma lazım olan vaxtda həmin materialları əldə edəcəyik və məhv edəcəyik. Biz onları özümüz üçün götürmək istəmirik, çünki kifayət qədər ehtiyatımız var”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin bildirib ki, bombardman nəticəsində nüvə obyektlərinin yerləşdiyi dağlıq ərazilərə ciddi ziyan dəyib və həmin materialların çıxarılması texniki baxımdan mürəkkəb prosesdir. Onun sözlərinə görə, bu cür əməliyyatları həyata keçirmək imkanına malik ölkələrin sayı çox azdır.

Trampın açıqlaması ABŞ və İran arasında nüvə proqramı ətrafında davam edən müzakirələrin fonunda diqqət çəkib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Məşhur çimərlikdə maraqlı qadağa: Çətirdən istifadə yaşla məhdudlaşdırıldı

Aynur Camal

İsrail mediası: İran ABŞ-ı güzəştə məcbur edə bildi

Aynur Camal

ABŞ-İran razılaşmasına İsrail mane olmağa çalışır – Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu