Image default
DünyaSiyasət

Tramp: İranla atəşkəs artıq bitdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edib.

Tramp qarşılıqlı hücumlardan sonra İranla əldə edilən razılaşmanın faktiki olaraq pozulduğunu bildirərək, Tehranla münasibətlərə sərt münasibət nümayiş etdirib.

“Mənim üçün müqavilə artıq qüvvədə deyil. Onlarla heç bir əlaqəmin olmağını istəmirəm”, – deyə ABŞ Prezidenti bildirib və İranı “fırıldaqçılar” adlandırıb.

Donald Trampın sözlərinə görə, İranla danışıqların davam etdirilməsi vaxt itkisidir və bu prosesin artıq heç bir mənası yoxdur.

Bu açıqlama ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazında baş verən hücumlara cavab olaraq İrana qarşı hərbi zərbələr endiriləcəyini bildirməsindən sonra səslənib.

İran Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ı imzalanmış memorandumun şərtlərinə əməl etməməkdə ittiham edib. Rəsmi Tehran bildirib ki, Vaşinqton son üç həftə ərzində memorandumun müddəalarını dəfələrlə pozub.

Hazırda tərəflər arasında gərginliyin yenidən artdığı müşahidə olunur və regiondakı vəziyyət diqqətlə izlənilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BMT Qərb ölkələrini Əfqanıstanla əlaqələri bərpa etməyə çağırıb

Aynur Camal

Sudanda doğum evləri yenidən fəaliyyətə başlayır: müharibədən sonra analar üçün ümid işığı

Aynur Camal

NATO liderləri Trampın alyansa sadiqliyini təsdiqləməsini gözləyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu