Image default
Səhiyyə

Alimlər müəyyən ediblər ki, beyin insan hələ oyaq ikən də yuxu görə bilir

Bugun.tv xəbər verir ki, alimlər beynin yuxu və oyaqlıq arasındakı sərhədi düşündüyümüzdən daha qeyri-müəyyən olduğunu müəyyən ediblər. Fransanın Paris şəhərində yerləşən ICM Neyrologiya İnstitutunun tədqiqatçıları aşkar ediblər ki, insan hələ tam oyaq olduğu halda beyin yuxuya bənzər görüntülər yarada bilir, yuxu zamanı isə məntiqi düşüncə və daxili monoloq davam edə bilər.

Tədqiqatın nəticələri Cell Reports jurnalında dərc olunub.

Alimlər yuxu ilə oyaqlıq arasındakı keçid mərhələsi olan hipnaqogiya vəziyyətini araşdırıblar. Bu məqsədlə gündüz yuxusu zamanı 103 iştirakçının beyin fəaliyyəti elektroensefaloqram (EEQ) vasitəsilə qeydə alınıb. İştirakçılar bir neçə dəfə səs siqnalı ilə oyadılıb və siqnaldan əvvəl nə düşündükləri soruşulub.

Ümumilikdə 375 düşüncə hesabatı toplanıb. Maşın öyrənməsi alqoritmi bu məlumatları təhlil edərək onları dörd qrupa ayırıb: xatirə fraqmentləri, ətraf mühitlə bağlı düşüncələr, yuxuya bənzər hallüsinator görüntülər və məqsədyönlü daxili monoloq.

Araşdırmanın əsas nəticəsinə görə, bu dörd düşüncə növünün hamısı həm oyaqlıq zamanı, həm də yüngül yuxu mərhələlərində müşahidə olunub. Bəzi iştirakçılar EEQ göstəricilərinə görə tam oyaq olsalar da, parlaq yuxu səhnələri gördüklərini bildiriblər. Digərləri isə yuxuda olmalarına baxmayaraq iş planları barədə düşündüklərini söyləyiblər.

Beyin siqnallarının təhlili göstərib ki, yuxuya bənzər görüntülər beynin müxtəlif bölgələri arasındakı əlaqələrin zəifləməsi ilə müşayiət olunur. Bu isə belə görüntülərin yalnız yuxu zamanı deyil, beynin daxili fəaliyyəti nəticəsində oyaqlıq dövründə də yarana biləcəyini göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Üzdə görünən əlamətlər hansı xəstəliklərdən xəbər verə bilər?

Aynur Camal

Tez yorulursunuz? Dəmirlə zəngin 5 qida enerjinizi artırmağa kömək edə bilər

Aynur Camal

Nevroloq sağlam qocalmanın sirrini açıqlayıb: Demensiyanın qarşısını almaq mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu