Image default
DünyaSiyasət

Tramp: Prezident Ərdoğan olmasaydı, NATO sammitində iştirak etməzdim

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra iki ölkə münasibətləri və regional məsələlərlə bağlı mühüm açıqlamalar verib.

Bugun.tv xəbər verir ki, Tramp Türkiyə ilə ABŞ arasındakı münasibətləri yüksək qiymətləndirərək, Prezident Ərdoğanın liderliyini xüsusi vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, Prezident Ərdoğan olmasaydı, NATO-nun Ankaradakı sammitində iştirak etməzdi.

Tramp çıxışında bildirib ki, Ərdoğan dünya miqyasında hörmət qazanan liderdir və Türkiyə onun rəhbərliyi dövründə hərbi baxımdan daha da güclənib.

O, Türkiyənin NATO daxilində mühüm rol oynadığını vurğulayaraq, iki ölkə arasında müdafiə, ticarət və strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

ABŞ Prezidenti görüş zamanı ticarət, hərbi əməkdaşlıq, İran məsələsi və digər regional mövzuların müzakirə olunacağını bildirib.

Tramp çıxışında Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarının ləğv ediləcəyini də açıqlayıb. O, ABŞ-ın dost ölkələrə qarşı sanksiyaların davam etməsini istəmədiyini və bu məsələnin artıq həll olunacağını söyləyib.

Suriya ilə bağlı danışan Tramp yeni Prezident Əhməd əş-Şaranın ölkəni birləşdirmək istiqamətində mühüm addımlar atdığını qeyd edərək, Türkiyə ilə birlikdə bu prosesi dəstəklədiklərini bildirib.

ABŞ Prezidenti həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müasir müharibələr artıq pilotsuz uçuş aparatlarının üstünlük təşkil etdiyi yeni mərhələyə keçib və münaqişənin davam etməsi hər iki tərəf üçün böyük insan itkilərinə səbəb olur.

Tramp çıxışında Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını da bildirib. O, adanın təhlükəsizliyinin ABŞ üçün vacib olduğunu qeyd edərək, Avropanın enerji və miqrasiya problemlərinə daha ciddi yanaşmalı olduğunu vurğulayıb.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya iranlı jurnalistə hücumla bağlı İranın yüksək vəzifəli diplomatını XİN-ə çağırıb

Aynur Camal

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodunu PUA ilə vurdu

Aynur Camal

NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu