DünyaSiyasət

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranla bağlı planlarının yalnız bir məqsədə xidmət etdiyini bildirib.

Ağ Evdə jurnalistlərin “İranla bağlı planınız varmı?” sualını cavablandıran Donald Trump deyib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmamasıdır.

ABŞ ilə İran arasında davam edən gərginlik fonunda tərəflər arasında vasitəçilər üzərindən müxtəlif təklif və layihələrin müzakirəsi davam edir. Məlumata görə, Tehranın mayın 10-da təqdim etdiyi son təklif Ağ Ev tərəfindən qənaətbəxş hesab olunmayıb.

Donald Trump bildirib ki, İranın təqdim etdiyi sənəd ABŞ üçün qəbulolunan deyil. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məsələ Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

ABŞ prezidenti həmçinin qeyd edib ki, İranla danışıqlar davam etsə də, Hörmüz boğazı üzərindən ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin olunması da Vaşinqtonun prioritetləri sırasındadır.

O, daha əvvəl dayandırılmış “Azadlıq Layihəsi” adlı əməliyyatın yenidən və daha geniş miqyasda bərpa oluna biləcəyini də istisna etməyib.

Donald Trump əlavə edib ki, razılaşma əldə olunana qədər İran rəhbərliyi ilə təmasları davam etdirəcək.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu