12 C
Baku
11 Aprel 2026, 2:53
Digər

Trampdan İrana xəbərdarlıq: “Razılaşma olmazsa, bu onlar üçün çox ağrılı olacaq”

Donald Tramp İranla davam edən atəşkəs prosesi fonunda yeni açıqlama verərək, razılaşma əldə olunmayacağı təqdirdə bunun Tehran üçün ciddi nəticələr doğuracağını bildirib.

ABŞ prezidenti qeyd edib ki, İran nümayəndələri əvvəlki dövrlərlə müqayisədə daha “makul” mövqe sərgiləyirlər. Onun sözlərinə görə, İran tərəfi danışıqlar zamanı mediaya verdiyi açıqlamalardan fərqli olaraq daha konstruktiv davranır.

Tramp bildirib ki, İranın bəzi şərtləri qəbul etməsi müsbət siqnal kimi qiymətləndirilə bilər. Bununla yanaşı o, xəbərdarlıq edərək vurğulayıb: “Əgər razılaşma əldə olunmasa, bu onlar üçün çox ağrılı olacaq”.

ABŞ lideri eyni zamanda İsrailin bölgədəki fəaliyyəti ilə bağlı da danışıb. Onun sözlərinə görə, Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra İsrailin Livan ərazisində hərbi əməliyyatları daha aşağı intensivliklə davam etdirməsi gözlənilir.

Qeyd edək ki, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması qüvvədə olsa da, tərəflər arasında yekun sazişlə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu