Digər

Trampdan kuryeyə 100 dollarlıq bəxşiş: “Mənə səs vermisən?”

Donald Trump növbəti dəfə maraqlı addımı ilə gündəmə gəlib.

ABŞ prezidenti “bəxşişlərdən vergi tutulmaması” təşəbbüsünü diqqətə çatdırmaq məqsədilə Ağ Evin Oval kabinetinə hamburger sifarişi verib. Sifarişi çatdıran kuryeni şəxsən qarşılayan Tramp ona 100 dollar nağd bəxşiş təqdim edib.

Məlumata görə, kuryə bu təşəbbüsün onun kimi çalışan insanlar üçün böyük fayda verdiyini bildirərək təşəkkür edib. O qeyd edib ki, ötən il bəxşişlərdən verginin tutulmaması nəticəsində təxminən 11 min dollar qənaət edib.

Hadisə zamanı Tramp kuryədən ona səs verib-vermədiyini də soruşub. Kuryə əvvəlcə “bəlkə” cavabını versə də, daha sonra jurnalistlərin sualını cavablandırarkən Trampa səs verdiyini bildirib.

Qeyd edək ki, Trampın hamburgerə olan marağı daha əvvəl də dəfələrlə gündəmə gəlib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Meloni Ukrayna üzrə danışıqlarda üç ölkədən ibarət formatı istisna etmədi

Aynur Camal

Payızda dəri niyə quruyur? Dermatoloqların tövsiyələri

Aynur Camal

Payızda evi havalandırmaq niyə vacibdir? Kif yaranmasının qarşısını necə almaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu