Image default
Digər

Türkiyədə məktəbə silahlı hücum edən yeniyetmə zərərsizləşdirilib

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa vilayətində məktəbdə silahlı hücum həyata keçirən yeniyetmə xüsusi təyinatlıların əməliyyatı zamanı zərərsizləşdirilib.

Məlumata görə, 2007-ci il təvəllüdlü hücumçu polis qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Hadisə nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralananlar arasında 4 müəllim, 10 şagird, 1 polis əməkdaşı və 1 kafe işçisi var.

Vilayət qubernatoru Həsən Şıldak bildirib ki, xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Yaralılardan 4-nün vəziyyətinin orta-ağır olduğu qeyd edilir.

Bütün yaralılar dərhal xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir. Hadisə ilə bağlı araşdırma davam edir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu