24 C
Baku
28 Sentyabr 2026, 13:20
DünyaSiyasət

Trump Şi Cinpinin qeyd dəftərini qarışdırdı: görüntülər gündəm oldu

ABŞ Prezidenti Donald Trumpın Çinə iki günlük rəsmi səfəri başa çatıb. Çin lideri Xi Jinping ilə keçirilən görüşlərdə əsas diqqət iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə yönəlib.

Tərəflər iki gün davam edən təmaslarda diplomatik protokollardan daha çox konkret ticarət razılaşmaları və xüsusi mövzular üzərində müzakirələr aparıblar.

Lakin sammit çərçivəsində yayılan bir görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Rəsmi şam yeməyi zamanı Şi Cinpinin ayağa qalxmasından sonra Donald Trampın onun qarşısındakı qeyd dəftərini vərəqlədiyi anlar kameralara əks olunub.

Kadrlarda Trampın qısa müddət qeyd dəftərinə baxdığı, daha sonra isə heç nə olmamış kimi onu bağlayaraq yerinə qoyduğu görünür.

Sosial mediada sürətlə yayılan görüntülər dünya mediasının da diqqət mərkəzinə çevrilib. İstifadəçilər Trampın bu hərəkətini müxtəlif cür şərh edərək müzakirələr aparıblar.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İsveçdə hökumətin formalaşdırılması ilə bağlı siyasi böhran yarandı

Aynur Camal

Papa XIV Leo Fransadakı səfərinin son gününü Metz şəhərində keçirəcək

Aynur Camal

Tənhalıq sağlam ömrü 6 ilə qədər azalda bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu