DünyaSiyasət

Trumpın Çin səfəri: Münasibətlərdə yeni başlanğıc, yoxsa zərərin azaldılması?

ABŞ Prezidenti Donald Trumpın Çin Xalq Respublikasına rəsmi dövlət səfəri başa çatıb.

Çin Prezidenti Si Cinpinlə bu görüşdə Trumpın təmaslarında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri əsas gündəm mövzuları olub.

İki gün davam edən səfər çərçivəsində tərəflərin diplomatik protokoldan daha çox konkret iqtisadi razılaşmalar və xüsusi məsələlər üzərində dayandığı bildirilir. Görüşlərin ardından ABŞ və Çinin razılaşdırılmış mövzuları əhatə edən ortaq yazılı bəyanat yayımlaması gözlənilir.

Xüsusilə ABŞ texnologiya şirkətləri üçün həyati əhəmiyyət daşıyan emal edilmiş nadir torpaq elementləri ilə bağlı Çinin atacağı addımlar Vaşinqton tərəfindən diqqətlə izlənilir. Analitiklər bu mövzunun ticarət müharibələri fonunda aparılan danışıqlarda əsas müzakirə predmetlərindən biri olduğunu vurğulayır.

Zirvənin ən gərgin mövzusu isə Tayvan məsələsi olub. Məlumata görə, Çin rəhbərliyi Tayvan məsələsinin həssas şəkildə idarə olunmaması halında iki ölkə arasında “qarşıdurma” yaşana biləcəyi barədə ABŞ-a açıq xəbərdarlıq edib. ABŞ tərəfinin isə Tayvana silah dəstəyi kimi məsələləri növbəti mərhələlərdə müzakirə etməsi gözlənilir.

Qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazındakı vəziyyət də danışıqların əsas mövzularından biri olub. ABŞ administrasiyası Çinin İran üzərində təsir imkanlarından istifadə etməsini istəyir. Bununla yanaşı, ekspertlər Pekinin nadir torpaq elementləri kartından danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə biləcəyini qeyd edir.

Mütəxəssislərin fikrincə, bu səfər ABŞ və Çin münasibətlərində tam yeni səhifə açmaqdan daha çox, mövcud gərginliyin daha da dərinləşməsinin qarşısını almağa yönəlmiş “zərərin azaldılması” addımı kimi qiymətləndirilir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

İsraildə radikal dairələr ABŞ-ın İranla diplomatik təmaslarından narahatdır

Aynur Camal

Türkistan Türk dünyasının liderlərini qarşılamağa hazırlaşır

Aynur Camal

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu