27 C
Baku
18 İyun 2025, 19:52
Baş xəbər

TŞİİB, Mətbuat Şurası və Veysaloğlu Şirkətlər Qrupu müsabiqədə iştirak edən jurnalistləri mükafatlandırdı

“Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə, hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90–95 faiz arasında dəyişir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri sayılır.

Daha sonra çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır, eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.

Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm daşıyır.

Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.

Mənbə: VeyselOglu.Az

Aynur Camal

Oxşar xəbərlər

Hindistan əhalisinin sayı Çini ötüb keçir

Aynur Camal

COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid”

Aynur Camal

12 kəndində dabaq karantini

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu