Baş xəbər

Tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq öldü

Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.

Məlumata görə, həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış.

Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb.

Faciəvi şəkildə ölən Elnur Şirinovun fotosunu təqdim edirik:

Mənbə: Oxu.az

Aynur Camal

Oxşar xəbərlər

Cəmi 15 dəqiqə idman beyində mühüm dəyişiklik yaradır

Aynur Camal

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Aynur Camal

ABŞ-İran razılaşmasına İsrail mane olmağa çalışır – Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu