Baş xəbərDünya

Turistlərə silahlı hücum! Çoxlu ölü və yaralı var

“The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb.

Polis rəsmiləri, ilkin məlumatlara görə, hücumda azı 20 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Polis rəsmiləri yaralıların dərhal xəstəxanaya aparıldığını və ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hindistanın baş naziri Narendra Modi X hesabında etdiyi paylaşımda, “Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm” deyib.

Hücumun arxasında duranların məsuliyyətə cəlb ediləcəyini bildirən Modi, “Terrorla mübarizədə qətiyyətimiz sarsılmazdır və daha da güclənəcək” deyə vurğulayıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Ev sahibi kirayəçisini qarət etdi

Aynur Camal

Ukraynaya silah məhdudiyyəti qoyulacaqmı?

Aynur Camal

Övladlığa götürüləcək şəxslər aylıq nə qədər sosial müavinət təmin olunacaq?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu