10 C
Baku
22 Dekabr 2024, 17:19
İqtisadiyyat

“Turizmin inkişaf üçün subsidiyalar verilməlidir”

Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi hər zaman müzakirə olunur. Pandemiyadan sonra turizm inkişafı və bu istiqamətdə subsidiyaların rolu nə dərəcədə vacibdir?
Pandemiyanın kəskin karantin rejimindən sonra ölkəmizdə turizmin inkisafi əsas istiqamətlərdən birinə çevrilib. Paytaxtla yanaşı bölgələrdə də bu sahəyə maraq artıb. Lakin bu istiqamətin inkişafı əsasən özəl sektorların üzərinə düşür.
Bugun.tv xəbər verir ki, Azərbaycan Turzim Agentlikləri Assosiasiyasının İdarəetmə heyətinin sədri Göydəniz Qəhrəmanov deyir ki, özəl sektorlara turizm subsidiyalarının verilməsi bu sahənin inkişafına təkan ola bilər. “Çünki regionlardakı inkişafla bağlı bu plandan yerli sahibkarların regionlarda otellerin tikilməsində, yeni qonaq evlərinin, əyləncə mərkəzlərinin açılmasında böyük bir dəstək ola bilər. 2022-ci ildə biz təxmini 50-60 faiz rəqəmlərə artıq çata bilmişik. Bu il yaxşı dinamika gözlənilir. Düşünürük ki, ilin sonuna qədər 2019-cu ilin rəqəmlərinə gəlib çıxacağıq. Biz sezona artıq hazırıq. Üzvlərimiz turizm şirkətlərinə yeni məhsullarla bağlı təkliflərini verirlər. Xaricdə turzim sərgilərində iştirak edirlər”.
Turizm iqtisadiyyatda mühüm rol oynayır. Buna görə də pandemiyadan sonra zərərçəkmiş sahə olan bu sektorun dirçəlməsi üçün subsidiyaların verilməsi vacib sayılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Parklanmaya görə nağd pul ödənişləri qanunsuzdur

Bugün TV

Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı oldu

Nigar Məmmədova

Azərbaycanda ilk dəfə meşədən yığılan – ODUNCAQLAR HƏRRACA ÇIXARILIB – HƏCMLƏR, QİYMƏTLƏR, FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu