Image default
Digər

Türk Qızıl Aypara Qəzzada uşaqlara dəstəyini davam etdirir

Türk Qızıl Aypara Qəzza zolağında uşaqlara yönəlmiş humanitar fəaliyyətlərini davam etdirir. Təşkilatın həyata keçirdiyi “Şən uşaqlar layihəsi” çərçivəsində hər gün minlərlə uşağa müxtəlif şirniyyat və qida məhsulları paylanır.

Qurumdan verilən məlumata görə, bölgədə ağır humanitar şərait hökm sürməsinə baxmayaraq, Türk Qızıl Aypara yerində fəaliyyətini davam etdirir və ehtiyacı olanlara yardım göstərir.

Layihə çərçivəsində səyyar vasitə ilə müxtəlif ərazilərdə hər gün 1000 uşağa şirniyyat, şirin qidalar və qəlyanaltılar çatdırılır.

Bildirilir ki, təşəbbüs yalnız maddi yardım məqsədi daşımır, eyni zamanda uşaqlara mənəvi və psixososial dəstək verməyi hədəfləyir.

Qeyd olunur ki, 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə həyata keçirilən bu fəaliyyətlər müharibə şəraitində yaşayan uşaqlara onların tək olmadığını hiss etdirməyə yönəlib.

Qızılay

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu