Alimlər bir zamanlar Britaniyanı Avropa ilə birləşdirən Doggerland bölgəsinin Şimal dənizində qalan hissəsində Buz dövrünə aid təxminən 16 min illik nəhəng meşə izlərini aşkar ediblər.
Böyük Britaniyanın Uorvik Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu gün su altında qalan Doggerland ərazisi minilliklər əvvəl palıd və qarağac meşələri ilə zəngin olub.
Tədqiqat nəticələri bu bölgənin Britaniya adalarından daha əvvəl həm bitkilər, həm də ilk insan icmaları üçün əlverişli yaşayış mühiti olduğunu ortaya qoyur.
İtirilmiş torpaqda maraqlı DNT tapıntıları
Araşdırılan qədim çöküntülər bölgədə təxminən 400 min il əvvəl yoxa çıxdığı düşünülən bəzi ağac növlərinin izlərini üzə çıxarıb.
Eyni zamanda çöküntülərin DNT analizi göstərir ki, Doggerland ərazisinin bir hissəsi güclü sunami hadisələrinə baxmayaraq təxminən 7 min il əvvələ qədər su səthindən yuxarıda qalıb.
İnsanlıq tarixi üçün mühüm sığınacaq
Mütəxəssislər qeyd edir ki, Doggerland yalnız quru körpü deyil, həm də sərt Buz dövrü şəraitində həyatın qorunduğu strateji məkan olub.
Zəngin meşə ekosistemi sayəsində bu ərazi Mezolit dövrü icmalarının yaşaması üçün zəruri resursları düşündüyündən daha erkən təmin edib.
Mənbə: EnSonHaber
