Dünya

Türkistan Türk dünyasının liderlərini qarşılamağa hazırlaşır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ev sahibliyi ilə Türkistanda keçiriləcək “Süni intellekt və rəqəmsal inkişaf” mövzulu Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü üçün şəhərdə hazırlıq işləri tamamlanıb.

Türk dünyasının mənəvi paytaxtı elan olunan Türkistanın əsas küçə və meydanları Zirvə görüşündə iştirak edəcək üzv ölkələrin bayraqları ilə bəzədilib.

Sabah keçiriləcək Zirvə görüşündə rəqəmsal transformasiya, süni intellekt sahəsində əməkdaşlıq və texnologiya sahəsində ortaq inkişaf məsələləri əsas müzakirə mövzuları olacaq. Türk dövlətlərinin ortaq texnologiya vizyonunun gücləndirilməsi də gündəliyin əsas istiqamətlərindən biri hesab olunur.

Qədim tarix ilə rəqəmsal gələcəyin bir araya gəldiyi qeyri-rəsmi Zirvənin Türk dövlətləri arasında birlik və əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir.

Təxminən iki min illik tarixə malik Türkistan şəhərində Zirvə üçün Qazax ənənəvi çadırını xatırladan möhtəşəm bir bina inşa olunub.

Zirvədə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanın iştirak edəcəyi gözlənilir.

Mənbə: ⁠TRT Haber⁠

Aynur Camal

Oxşar xəbərlər

İsraildə radikal dairələr ABŞ-ın İranla diplomatik təmaslarından narahatdır

Aynur Camal

Trumpın Çin səfəri: Münasibətlərdə yeni başlanğıc, yoxsa zərərin azaldılması?

Aynur Camal

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu