Baş xəbər

Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət etdi – FOTO

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib. Onlar burada dislokasiya olunan bölmələrimizə baş çəkiblər.

Bugun.tv xəbər verir ki, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.
Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyib.
Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.

Mənbə: Müdafiyə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

AQTA istehlakçılara kitabça paylayır

Aynur Camal

Nigerin Baş naziri: Sahel Alyansı ECOWAS işğalının qarşısını aldı

İntizar Əmirova

Dayanmış avtomobili vuran digər avtomobil məscidin bağçasına uçdu: 11 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu