Digər

Türkiyə Prezidenti: Rusiya-Ukrayna münaqişəsinin həlli liderlər səviyyəsində müzakirə edilməlidir

Bugun.tv Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərinin yekunlarına dair təyyarədə jurnalistlərlə söhbətində ifadə edib. Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Ukrayna müharibəsinin ədalətli sülhlə başa çatmasını müzakirə etdiyini diqqətə çatdıran Türkiyə lideri qeyd edib ki, İstanbuldakı görüşlər bu yolun açıq olduğunun aydın şəkildə isbatıdır. “Müzakirələrin səviyyəsinin mərhələli şəkildə yüksəldilməsi bizim arzu etdiyimiz yoldur. Sülhə olan ümidlər əsaslı və konkret nəticələrlə doğrulmalıdır. Bunun üçün liderlər səviyyəsində bu məsələni müzakirə etmək zərurəti yaranıb”, -deyə Ərdoğan vurğulayıb. O əlavə edib ki, Putinlə ABŞ və Rusiya liderlərinin Alyaska görüşünün nəticələrini də müzakirə edib.

Bugün TV

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu