Baş xəbərDünya

Türkiyədə bayraqlar yarıya endirildi

Bolu Kartalkaya xizək kurortunda Grand Kartal otelində baş verən yanğında 76 nəfərin ölümü ilə əlaqədar bir günlük milli matəm elan edildikdən sonra Türkiyədə bayraqlar yarıya qədər endirilib.

Bolu Kartalkaya xizək kurortunda Grand Kartal otelində baş verən yanğında 76 nəfər həyatını itirib.

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Prezident Külliyesində keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində Kartalkayada baş verən yanğınla əlaqədar bir günlük milli matəm elan edildiyini açıqlayıb.

Milli matəm elan edildikdən sonra gün batana qədər ölkə daxilindəki bütün ictimai binalarda və xarici səfirliklərdə Türkiyə bayraqları yarıya endirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ben Qvir azanı qadağan etdi

Aynur Camal

HƏMAS ABŞ-ı Netanyahuya təzyiq etməyə çağırır

Şükufə Ramizqızı

Xankəndi-Laçın yolundan 451 avtomobil maneəsiz keçid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu