Baş xəbərDünya

Türkiyənin Sahil Mühafizə qrupları 2023-cü ildə 25 mindən çox qeyri-qanuni immiqrantı xilas etdi

Türkiyənin Sahil Mühafizə qrupları 2023-cü ildə Egey dənizində 25 min 889 qeyri-qanuni immiqrantı xilas edib.

Bugun.tv Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkələrini tərk edərək qeyri-qanuni yollarla Avropaya getməyə çalışan immiqrantlar yunanlar tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılır. Rezin qayıqlarda köməksiz vəziyyətdə qalan miqrantların son ümidi Türkiyə Sahil Mühafizəsi qrupları olur.

Ötən il qeyri-qanuni yollarla xaricə keçməyə çalışan 25 min 770 qeyri-qanuni immiqrant da Türkiyə Sahil Mühafizəsi qrupları tərəfindən yaxalanıb. Onlar həmçinin dənizdə köməyə çağıran 4962 qeyri-qanuni immiqrantı da xilas ediblər.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Avropa muzeylərində zorakı soyğunların sayı artır: Europol xəbərdarlıq edir

Aynur Camal

Oman sahillərində neft tankeri naməlum mərmi ilə vuruldu

Aynur Camal

Təbii parkda tunel çökdü: Mirketlər tələf oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu